Leyla Əliyeva Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub - FOTO

Leyla Əliyeva Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub - FOTO
19:22 6 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Leyla Əliyeva burada yaşayan ahıllarla görüşüb, onlarla söhbət edib.

Pansionatın sakinləri üçün musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpus istifadəyə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq bu pansionata baş çəkir, ahılların arzu və ehtiyacları ilə maraqlanır.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq yaşlı insanların da problemlərini, sağlamlıqlarını diqqətdə saxlayır. Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri təşkil olunur.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR