Biləsuvarda sahibkarlara güzəştli kreditlər verilib

Biləsuvarda sahibkarlara güzəştli kreditlər verilib
19:37 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Biləsuvar rayonunun Ağalıkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 100-dən çox sahibkarın iştirak etdiyi forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub.
Forum çərçivəsində rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Forumda çıxış edən fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin 9 ayı ərzində 1815 sahibkara 120,6 mln. manat güzəştli kredit verilib: “Kreditlərin 84%-i aqrar sektorun, 16%-i isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilən kreditlərin 66,8%-i regionların, 33,2%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür”.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı və balıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Biləsuvarda güzəştli kreditlər ayrılan pambıqçılıq təsərrüfatlarına baxış keçirilib. Hazırda təsərrüfatlarda yığım işləri davam edir. Ümumilikdə indiyədək Azərbaycan üzrə pambıqçılıqla bağlı 370-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 61,7 mln. manat, o cümlədən bu ilin ötən dövrü ərzində 250-ə yaxın sahibkara 3 milyon manatdan çox güzəştli kredit verilib.



Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bilesuvarda-sahibkarlara-guzestli-kreditler-verilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR