İlin ən gözəl "şahzadəsi” məlum oldu - FOTO

İlin ən gözəl "şahzadəsi” məlum oldu - FOTO
19:42 6 Oktyabr 2016
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bodrumda təşkil edilən 5-ci "Princess Of The Globe - 2016" yarışmasında Sibirdən olan 26 yaşlı Luliia Vaganova birinci olub. O, noyabr ayında Malayziyada təşkil ediləcək "Kainat gözəli" müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.

Milli.Az-ın məlumatına görə, oxu.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, gözəllər ilk olaraq milli geyim ilə səhnəyə çıxıblar. Modellər daha sonra podiumda bikini və ziyafət paltarları ilə addımlayıblar.

Müsabiqəyə 24 ölkədən təmsilçi qatılıb. Yarışmada Türkiyəni 20 yaşlı model Sedanur Gürsel təmsil edib.

26 yaşlı rusiyalı Luliia Sukhinina ikinci, 26 yaşlı konqolu Catharine Mayila üçüncü, 25 yaşlı namibyalı Georgina Voronova dördüncü və 24 yaşlı rumıniyalı Denisa Georgiana Mladin beşinci yeri tutublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR