"Qəbələ" çempionatın formatının dəyişdirilməsini istəyir

"Qəbələ" çempionatın formatının dəyişdirilməsini istəyir
19:42 6 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" klubu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan çempionatı ilə bağlı yeni təkliflə çıxış edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov bu gün Klublar Komitəsinin (KK) iclasında məsələni müzakirəyə çıxarıb.

Belə ki, "Qəbələ" rəhbərliyi iki dövrədən ibarət çempionatın 3 dövrəli sistemlə dəyişdirilməsini, ilk 4 yeri tutan komandaların sonda çempionu müəyyən etmək üçün öz aralarında pley-off oyunları keçirməsini təklif edib. Klub bununla matçların sayının artırılacağını və futbolçuların daha yaxşı oyun praktikası toplayacağını, eyni zamanda çempionatda rəqabətin böyüyəcəyini düşünür. Çünki U-19 liqasında ötən mövsüm mart ayında başa çatmışdı.
 
Qeyd edək ki, "Qəbələ"nin U-19 komandası bu mövsüm "Gənclər Liqası"nda mübarizə aparır. "Çempionlar Yolu"nun birinci mərhələsində Moskva "Dinamo"suna rəqib olan "qırmızı-qaralar" Qəbələdəki ilk görüşdə 0:2 hesabı ilə məğlub olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR