"Real"ın Kriştianu Ronaldo, Qaret Beyl və Keylor Navasla müqaviləni yenilədiyi iddia edilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ulduz oyunçularla uzun müddətdir aparılan danışıqların müsbət nəticələndiyi və müqavilələrin imzalandığı bildirilib.
Bundan başqa, Madrid klubunun Toni Kroos, Luka Modriç və Pepe ilə razılığa gəldiyi və onlarla da milli komandaların oyunları bitdikdən sonra müqavilə imzalanacağı qeyd edilib.
Milli.Az