Aparıcını bıçaqlayan qadın sərbəst buraxılıb

Aparıcını bıçaqlayan qadın sərbəst buraxılıb
20:01 6 Oktyabr 2016
53 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə “Best FM” radiosunun aparıcısı Cem Arslanı bıçaqlayan Semiha Müge Arcan adlı qadın sərbəst buraxılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün vəkili ilə İstanbul Ədliyyəsinə gedən aparıcı etiraz ərizəsi verərək, onu bıçaqlayan qadının həbs edilməsini tələb edib:

“Semiha daha öncə də mənə və dostlarıma müxtəlif təzyiqlər göstərib. “Best FM”də çalışmış bir qadına da bıçaqla hücum etmişdi. Mənimlə evli və uşaqlarımızın olduğunu zənn edir. Buna görə də radioda çalışan qadın əməkdaşları da qısqanaraq onlara da hücumlar edir. Mən onun bıçaqladığı 5, ya da 6-cı şəxsəm”.

C.Arslan həmin qadının hər dəfə niyə sərbəst buraxıldığını anlamadığını söyləyib:

“Məsələ ilə bağlı hakimlərdən səmimi davranmalarını gözləyirəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR