Dünyanın neft hasilatçıları İstanbulda toplaşacaq

Dünyanın neft hasilatçıları İstanbulda toplaşacaq
20:12 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ OPEC üzvləri və təşkilata üzv olmayan bir sıra neft hasil edən ölkələr gələn həftə İstanbulda yenidən toplanaraq hər bir ölkənin yeni kvotasının müəyyən edilməsi ilə bağlı müzakirələr aparacaq.
"Report"un "Vesti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Əlcəzairin energetika naziri Nurəddin Buterfa bildirib. O deyib ki, görüşün oktyabrın 13-dək keçirilməsi gözlənilir.
Xatırladaq ki, bu il sentyabrın 26-28-də Əlcəzairdə OPEC təşkilatı üzvləri ölkələrin qeyri-formal sammitində neft hasilatının azaldılması barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, OPEC üzvləri gündəlik hasilatı cari 33,2 mln barel/gündən 32,5-33 mln. barelə qədər azaldacaq. Bu il noyabrın 30-da Vyana şəhərində keçiriləcək OPEC-in rəsmi sammitinə qədər təşkilata üzv olan və digər neft hasil edən ölkələrin hasilat kvotalarının müəyyənləşdirilməsi planlaşdırılıb. Məhz gələn həftə İstanbulda keçiriləcək görüşün səbəbi bununla bağlıdır.
"Report"un analitik qrupu İstanbul sammitindən sonra neftin qiymətinin 55 dollar/barelə qədər yüksələcəyini ehtimal edir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/dunyanin-neft-hasilatcilari-i-stanbulda-toplasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR