Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Oktyabr
20:14 6 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

OPEK nümayəndələrinin belə əl-ayağa düşməsi, İstanbulda daha bir görüşə ehtiyac duymaları, Əlcəzair toplantısında hasilatın sutkada 33 milyon barelədək azaldılacağı ilə bağlı razılığın formallıqdan başqa bir şey olmadığının sübutudur. Buna görə də bazar iştirakçılarının "kartel ölkələrinin razılığı qüvvədə saxlamağa iradəsi çatacaqmı?" sualı ətrafında baş sındırması anlaşılandır. Üstəlik, OPEK-in əsas söz sahibi Səudiyyənin satdığı neftin qiymətini gözlənilmədən aşağı salması treyderləri bir az da çaşdırır. Bütün bunlarla yanaşı, ABŞ dolları yavaş-yavaş da olsa, möhkəmlənməkdədir. Bu isə neftin qiymətinə təsir edə biləcək ən effektiv prosesdir... 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR