Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aparıcını bıçaqlayan qadın sərbəst buraxıldı

Aparıcını bıçaqlayan qadın sərbəst buraxıldı

Date: 6 October 2016 20:17

Bir neçə gün öncə "Best FM" radiosunun aparıcısı Cem Arslanı bıçaqlayan Semiha Müge Arcan adlı qadın sərbəst buraxılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün vəkili ilə İstanbul Ədliyyəsinə gedən aparıcı etiraz ərizəsi verərək, onu bıçaqlayan qadının həbs edilməsini tələb edib:

"Semiha daha öncə də mənə və dostlarıma müxtəlif təzyiqlər göstərib. "Best FM"də çalışmış bir qadına da bıçaqla hücum etmişdi. Mənimlə evli və uşaqlarımızın olduğunu zənn edir. Buna görə də radioda çalışan qadın əməkdaşları da qısqanaraq onlara da hücumlar edir. Mən onun bıçaqladığı 5, ya da 6-cı şəxsəm".

C.Arslan həmin qadının hər dəfə niyə sərbəst buraxıldığını anlamadığını söyləyib:

"Məsələ ilə bağlı hakimlərdən səmimi davranmalarını gözləyirəm".

Milli.Az


Tags:  Aparıcını bıçaqlayan qadın sərbəst buraxıldı

RƏYLƏR


Top news