Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hindistanlı hücumçu İspaniya klubunda

Hindistanlı hücumçu İspaniya klubunda

Date: 6 October 2016 20:17

Hindistanlı futbolçu ilk dəfə La Liqa klubu ilə anlaşıb. Söhbət 19 yaşlı İşan Panditadan gedir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc hücumçu "Leganes"lə 1 illik müqavilə imzalayıb. O, əvəzedici komandada çıxış edəcək.

Ümumhindistan Futbol Federasiyasının prezidenti Praful Patel Tvitter vasitəsilə həmyerlisini təbrik edib və ona uğurlar arzulayıb. Pandita daha öncə Segunda komandası "Almeria"da oynayırdı.

Milli.Az


Tags:  Hindistanlı hücumçu İspaniya klubunda

RƏYLƏR


Top news