Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
20:37 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aAparılan abadlıq işləri ilə bağlı qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 7-də saat 9-dan 18-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin həmçinin Hökməli, Nübar, Atyalı və Quşçuluq adlanan ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/sabah-abseron-rayonunun-tebii-qaz-techizatinda-mehdudiyyetler-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR