Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Leyla Əliyeva pansionatda - fotolar

Leyla Əliyeva pansionatda - fotolar

Date: 6 October 2016 20:41

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Leyla Əliyeva burada yaşayan ahıllarla görüşüb, onlarla söhbət edib.

Pansionatın sakinləri üçün musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpus istifadəyə verilib.

Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq yaşlı insanların da problemlərini, sağlamlıqlarını diqqətdə saxlayır. Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri təşkil olunur.








Tags:  Leyla Əliyeva pansionatda fotolar


RƏYLƏR


Top news