Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

ABŞ Suriya ordusunu vura bilər

ABŞ Suriya ordusunu vura bilər

Date: 6 October 2016 21:32

Vaşinqton  Suriya ordusuna zərbələr endirəcəyini istisna etmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib. O, bununla belə, Suriya ordusuna zərbələrin endirilməsini istisna etməsə də, bunun ABŞ-ın maraqlarına uyğun olacağına şübhə etdiyini qeyd edib.    
"Zorakılığın azaldılması və Hələbdəkli vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox guman ki, milli maraqlarımıza zidd olacaq gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq.   Lakin mən hər-hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm", - deyə Ernest brifinqdə jurnalistlərin müvafiq sualına cavabında bildirib.
 
Qeyd edək ki, bundan əvvəl ABŞ mətbuatında Vaşinqtonun Suriya ordusuna zərbələr endirilməsi imkanının nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb.

Milli.Az


Tags:  ABŞ Suriya ordusunu vura bilər

RƏYLƏR


Top news