Qlobal borcların həcmi rekord səviyyəyə çatıb

Qlobal borcların həcmi rekord səviyyəyə çatıb
21:47 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Qlobal borcların həcmi 2015-ci ilin yekunu etibarilə 152 trln. ABŞ dollarına yüksələrək qlobal ÜDM-i 2 dəfə üstələyib. 
"Report" Beynəlxalq Valyuta Fondunun (İMF) 2016-cı il maliyyə monitorinqi son hesabatına əsasən xəbər verir ki, hesabatda qeyd olunan borclara bank və maliyyə qurumlarının borcları aid edilməyib. Hesabatda rekord səviyyəyə çatan borcların qlobal iqtisadiyyatın bərpa olunmasına mane olacağı və maliyyə böhranlarına yol açacağı bildirilib.
Hesabatda həmçinin qeyd olunub ki, maliyyə sektoru istisna olmaqla, qlobal borcların həcmi ÜDM-in 225%-ə çatıb. Bu borcun 100 trln. dollarlıq hissəsini özəl sektorun öhdəlikləri təşkil edib. Qalan 52 trln. dollar həcmində borc isə dövlətlərin öhdəlikləri olub və ÜDM-in 85%-ə bərabərdir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/qlobal-borclarin-hecmi-rekord-seviyyeye-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR