Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nazirliyin həbsdə olan iki sabiq əməkdaşı azadlığa buraxılıb

Nazirliyin həbsdə olan iki sabiq əməkdaşı azadlığa buraxılıb

Sabiq prezident azadlıqda (21 Mart 2017 17:13)
Hüsnü Mübarək azadlığa çıxdı (21 Mart 2017 15:49)
Ədliyyə naziri: "Ötən ay həbsdə olan 250-dən çox şəxs istintaq təcridxanalarından azadlığa buraxılıb" (14 Mart 2017 17:57)

Tarix: 6 Oktyabr 2016 22:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və onlar şərti olaraq azadlıqdan məhrum edilib. Hər iki şəxs azadlığa buraxılıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər ləğv edilmiş MTN-nin rəhbəri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra həbs olunublar.

Fətullah Seyidov və Rəşad Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.


Teqlər:  Nazirliyin həbsdə olan iki sabiq əməkdaşı azadlığa buraxılıb



RƏYLƏR


Top xəbərlər