Gəlinin qardaşından bəyə zarafat - video + fotolar

Gəlinin qardaşından bəyə zarafat - video + fotolar
22:16 6 Oktyabr 2016
211 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin Əskişəhər şəhərində toylardan birində gəlinin qardaşı bəyə 7 kilo ağırlığında 900 ədəd 1 lirəlik dəmir pul hədiyyə edib.

Axşam.az İHA-ya istinadən xəbər verir ki, maraqlı hadisə Əmrə - Bediha cütlüyün toyunda baş verib.

Ənənəvi pul taxma mərasimində gəlinin qardaşı Əmrə Özmutlu bəyə zarafat etmək üçün 900 lirə (təxminən 450 manat) pulu bankda dəmir pullara çevirib. Qəpikləri bir torbaya yığan Ə.Özmutlu, mərasimdə pul taxma növbəsi çatanda torbanı yeznəsinin qollarına keçirib.

Bəy “Qaynımdan zarafat gözləyirdim, amma beləsini yox” deyərək təəccübünü ifadə edib.








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR