Hədəf, qayda, əqidə şərti, vilayət şərti və əxlaqi şərt – düzgün ibadətin amilləri

Hədəf, qayda, əqidə şərti, vilayət şərti və əxlaqi şərt – düzgün ibadətin amilləri
22:17 6 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

İbadətin dəyəri onu düzgün yerinə yetirməkdədir. Düzgün yerinə yetirilməsi üçün də iki amil lazımdır:

1. Hədəfin düzgün olması.
2. Yerinə yetirilmə qaydasının düzgün olması.
İnsanın ibadətdəki tək hədəfi - Allah və Onun razılığını əldə etmək olmalıdır. Ona görə də o ibadət ki, riya, ya vəzifə əldə etmək məqsədilə yerinə yetirilsə və hədəfi Allahdan başqası olarsa - şirk olar. İbadətdə riya etmək həm ibadəti məhv edər və həm də günah olar. Ona görə də bəndə ibadətdə niyyətini xalis etməlidir.
İmam Sadiq (ə) buyurur: "Xalis əməl odur ki, Allahdan savayı heç kəsdən mədh və sitayiş olmağını gözləməyəsən".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan ibadəti Allahın onun üçün təyin etdiyi şəkildə qılmalıdır, nəinki öz üslubuna görə. Həzrət Peyğəmbər (s) buyurur: "Deyilənlərə, əməllərə, niyyətlərə görə dəyər olmaz, məgər o halda ki, əmr və sünnətə əsasən yerinə yetirilsin".
İbadəti necə yerinə yetirməyin yollarını İlahi övliyalardan öyrənmək lazımdır. İmam Baqir (ə) buyurur: "Evin qapısından daxil olun, nəinki yol olmayan yerdən". İmam (ə) buyurur ki, hər bir işi öz yolu ilə həll edin, yəni sizə nə əmr olunubsa, ona əsasən yerinə yetirin.
İbadətin qəbul olmasının başqa şərtləri də vardır ki, onlarla tanış olaq:
1. Əqidə şərti: Allaha iman. Əgər insanın imanı olmazsa əməli məhv olar. "Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır".("Maidə" 5). "Hər kim H kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik".("Nəhl" 97).
2. İctimai şərt: vilayət. İmam Baqir (ə) buyurur: "O kəsin ki, Allaha imanı vardır və taqəti çatan ibadətləri yerinə yetirir, ancaq Allah tərəfindən İmamı yoxdur, səyi faydasızdır". Başqa bir yerdə oxuyuruq: "Hər kim bizim vilayət və rəhbərliyimizi qəbul etməz, Allah da onun əməllərini qəbul etməz".
3. Əxlaqi şərt: təqva. Quranda Adəm (ə) övladlarının qurbanları haqqında dastan vardır ki, hər ikisi də qurban gətirirlər. Ancaq Allah təqva əhlindən qəbul edir. "Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: "Səni mütləq öldürəcəyəm". (Habil) dedi: "Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir". ("Maidə" 27).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR