Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəlinin qardaşından bəyə zarafat - FOTO

Gəlinin qardaşından bəyə zarafat - FOTO

Date: 6 October 2016 22:32

Türkiyənin Əskişəhər şəhərində toylardan birində gəlinin qardaşı bəyə 7 kilo ağırlığında 900 ədəd 1 lirəlik dəmir pul hədiyyə edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, maraqlı hadisə Əmrə - Bediha cütlüyün toyunda baş verib.

Ənənəvi pul taxma mərasimində gəlinin qardaşı Əmrə Özmutlu bəyə zarafat etmək üçün 900 lirə (təxminən 450 manat) pulu bankda dəmir pullara çevirib. Qəpikləri bir torbaya yığan Ə.Özmutlu, mərasimdə pul taxma növbəsi çatanda torbanı yeznəsinin qollarına keçirib.

Bəy "Qaynımdan zarafat gözləyirdim, amma beləsini yox" deyərək təəccübünü ifadə edib.

Milli.Az





Tags:  Gəlinin qardaşından bəyə zarafat FOTO

RƏYLƏR


Top news