Böyüklər üçün yaranmış xəstəlik

Böyüklər üçün yaranmış xəstəlik
22:52 6 Oktyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyrəklərin respirator distress sindromu ağciyərlərin kəskin zədələnmələrində baş verən və ağciyərin qeyri-kardiogen ödemi, tənəffüs yollarının pozulması və hipoksiya ilə xarakterizə olunan kəskin tənəffüs çatışmazlığıdır. Böyüklərin respirator distress sindromu ağciyər infiltrasiyasının olması ilə xarakterizə olunur.
Etiologiyası.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, böyüklərin respirator distress sindromu ağciyərləri birbaşa və ya dolayısı yolla zədələyən müxtəlif kəskin proseslərdə müşahidə edilir (bakterial və virus pnevmoniyalarda, sepsisdə, döş qəfəsinin travmasında və s.) .
Patogenezi.
Aktivləşmiş leykositlər və trombositlər fibrozun inkişafının stimulyasiya edən damarların reaktivliyini dəyişən sitotoksik maddələr ifraz edərək ağciyərlərin kapilyarlarıda toplanırlar. Bu zaman ağciyər kapilyarlarının endotelinin və epitelinin zədələnməsi baş verir ki, bu da oraya maye dolmasına gətirib çıxarır. Sonralr kallogenin sürətlə toplanması baş verir ki, bu da 2-3 həftə ərzində ağır intersistal fibroza gətirib çıxardır. Böyüklərin respirator distress sindromunun əmələgəlmə səbəbi tam müəyyən edilməmişdir.
Xəstəliyin ilk simptomu zədələyici faktorun təsirinən bir neçə saat sonra təsir edir. Xəstədə tənginəfəslik, hipoksemiya əmələ gəlir. Oksigen çatmadığına görə aradan qalxmayan daimi siyanoz və dərinin ləkələnməsi baş verir.
Diaqnozu:
Diaqnozu EKQ, rentgen müayinə diaqnozun qoyulmasında mühüm rol oynayır.
Müalicə:
Xəstənin müalicəsi stasionar şəraitdə aparılmalıdır. Müalicə xəstəliklə yanaşı gedən digər patologiyaların aradan qaldırılması istiqamətində və spesifik aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR