Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan şahmatçısı keçmiş dünya çempionuna qalib gələrək, turniri 5-ci yerdə başa vurub

Azərbaycan şahmatçısı keçmiş dünya çempionuna qalib gələrək, turniri 5-ci yerdə başa vurub

Date: 6 October 2016 23:12

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində Mixail Talın xatirəsinə həsr olunmuş şahmat turnirinə yekun vurulub.
"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu turda ağ fiqurlarla rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniklə qarşılaşıb.
Görüş 42-ci gedişdə Kramnikin təslim olması ilə nəticələnib. Beləliklə, xallarını 4,5-ə çatdıran Məmmədyarov turniri 5-ci pillədə başa vurub. O, Kramnik, Petr Svidler (Rusiya) və çinli Li Çao ilə eyni miqdarda xal toplayıb. Yarışın qalibi adını 6 xalla rusiyalı Yan Nepomnyaşi qazanıb. Hollandiyalı Aniş Giri 5,5 xalla 2-ci yeri tutub. Hərəyə 5 xala malik Vişvanatan Anandla (Hindistan) Levon Aronyan (Ermənistan) 3-4-cü yerləri bölüşüblər. 
Son 2 yeri isə 3,5 xalla rusiyalı Yevgeni Tomaşevski və 2 xalla israilli Boris Gelfand tutub. 

Tags:  Azərbaycan şahmatçısı keçmiş dünya çempionuna qalib gələrək turniri 5-ci yerdə başa vurub

RƏYLƏR


Top news