Böyük arif: “Mən sinə vurmağımla özümü il ərzində sığorta edirəm...”

Böyük arif: “Mən sinə vurmağımla özümü il ərzində sığorta edirəm...”
23:47 6 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Ayətullah Mərəşi Nəcəfinin ən bariz xüsusiyyətlərindən biri bu idi ki, daima Əhli-beytə (ə) təvəssül edərdi. Alim buyurur ki, nə zaman yeni paltar alsaydım, onu zərihə sirtməklə təbərrük edir və sonra geyinərdim.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimin evi, kitabxanası və ofusu inşa edilən zaman ilk əvvəl bünövrəyə İmam Hüseyn (ə) türbətindən səpər və sonra inşa edərdilər. Alim buyurardı ki, mən bu türbətlə bu yerləri sığortalayıram. İştirak etdiyi məclislərdə nə zaman Məsumların (ə) adı çəkilsəydi, alim özündən asılı olmayaraq göz yaşı tökərdi. Sağlamlığı yol verən zaman əzadarlıq mərasimlərinə gedir və sinə vurardı. Buyurardı ki, mən bu sinə vurmağımla özümü il ərzində sığorta edirəm.

Alim buyururdu ki, nə zaman çətinliyim olsa, Həzrət Məsumənin (s.ə) hərəminə gedir və bir neçə saat orada dua edərdim və həmin çətinliyim həll olardı. Alim özünü Əhli-beyt (ə) xidmətçisi sayardı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR