İmişli sakini köhnə avtomobillərdən yük maşını düzəltdi VİDEO

İmişli sakini köhnə avtomobillərdən yük maşını düzəltdi VİDEO
23:58 6 Oktyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli sakini öz həyətində olan köhnə avtomobil ehtiyyat hissələrindən qeyri-adi avtomobil düzəldib. Avtomobil 2 tondan yuxarı yük apara bilir.

Tofiq Əzimov düzəltdiyi pikapdan şəxsi işləri üçün istifadə edir.

Bu pikap tipli avtomobilin kabini qaz 24 digər hissələri isə qaz 69, uaz hissələrindəndir.

İmişlinin Sarıxanlı kənd sakini Tofiq Əzimov avtomobili 8 aya ərsəyə gətirib. Avtomobilin uzunluğu və eni fərqli olduğu üçün ehtiyat hissələrini bərpa etməkdə xeyli vaxt alıb.

Çəkisi 2 ton olan avtomobil bir o qədər də yük götürmə qabiliyyətinə malikdir.

O, avtomobili əsasən təsərüffatda istifadə etmək üçün yığıb. Mühərrik və sürət qutusu qaz 24-ün, olan bu avtomobil 4 çarxlı sayılır.

Tofiq Əzimov düzəltdiyi pikapla kənddə kənara çıxa bilmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/171247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR