Astroloji proqnoz - 07 oktyabr qnoz

Astroloji proqnoz - 07 oktyabr qnoz
00:03 7 Oktyabr 2016
165 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qoç - yaşamınızda nə isə dəyişməyə başlayın. Hisslərinizi bölüşməyə tələsməyin. Yanınızdakı insanın uğurlarınıza olan münasibətini yəqin etməmiş planlarınızı onunla bölüşməyin.

Buğa - fəaliyyət intensivliyini bir qədər azaltmaq, yaxınlarınızın istəkləri ilə maraqlanmaq olar. Alış-veriş üçün münasib zamandır. Ailə üzvlərini dinləyin, onlara maddi və mənəvi dəstək olun. Axşam saatlarında qonaq dəvət etmək və ya valideynlərlə təmasda olmaq olar.

Əkizlər - hisslərin və emosiyaların əsiri olmayın. Yaşam arealınızı müdaxilələrlə kənar təsirlərdən qoruyun. Bu gün öz kiçik dünyanıza sığının. Kimsəyə imkan verməyin ki, işlərinizə mane olsun, yolunuzda sədlər yaratsın. Önəm verdiyiniz dəyərləri var gücünüzlə qoruyun.

Xərçəng - yeni müttəfiq və ya həmfikirlər tapacaqsınız. Dostlarla təmaslar, romantik görüşlər müsbət emosiyalar bəxş edəcək. Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun.

Şir - istirahət və əyləncəni bir qədər təxirə salın. Maraqlı, amma çətin işə başlamaqdan qorxmayın. Xoş sürprizlər istisna deyil. Olayların əlverişli məcrası sizə faydalı ideyalardan birini reallaşdırmağa imkan verəcək.

Qız - yaşam enerjisinin səviyyəsi aşağıdır. İşlərdə yaranan problemlər sizi ruhdan salmasın. Məsləhətə ehtiyacınız var. Bəzi məsələlərin çözümünü ertələmək olar. Axşam saatlarında səhhətinizə fikir verin. Gəzintiyə çıxa bilərsiniz.

Tərəzi - mübahisələrdə aqressiv darvanmayın, öz fikrini bildirən insanı aşağılamağa çalışmayın. Bununla belə, mövqelərinizi sonadək müdafiə edin, geri çəkilməyin. Hadisələrin uğurlu məcrada cərəyan etməsi sizə çoxdan bəri gerçəkləşdirməyə can atdığınız işə başlamağa imkan verəcək.

Əqrəb - yaxınlarınız emosiyalara qapıla bilərlər. Soyuqqanlı olun, küsənləri barışdırın, ruhdan düşənlərə ürək-dirək verin. Yolundan çıxanlara düzgün yol göstərin. Axşam saatlarında səbrli olun.

Oxatan - faydalı işlə məşğul olun. Məhsuldar gündür. Böyük uğurlara nail ola bilərsiniz. Vaxtınızı mənasız işlərə sərf etməyin. Yaxın gələcəklə bağlı planlar qurun. Strateq olun, fəaliyyət taktikasını dürüst müəyyənləşdirin.

Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi təhlil edin. Bədxahlardan birinin çirkin əməlininin üstünü aça bilərsiniz. Önəm vermədiyiniz insanın sizə etdiyi yaxşılıqlardan xəbər tutacaqsınız.

Dolça - birgə layihələrə qatılmayın. Tək çalışın, müstəqil olun. Sizinlə manipulyasiya edən adamın toruna düşərək münaqişə iştirakçısına çevrilməyin.

Balıqlar - ciddi problemlər olmayacaq. Bir şərtlə ki, həmin problemləri özünüz yaratmayasanız. Məntiq və intuisiya ilə hərəkət edin. Naqolay situasiyaya düşməməyə çalışın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/171255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR