"Ağır cinayət törədənlərin 92 faizi... - Baş pediatrdan şok açıqlama - VİDEO

"Ağır cinayət törədənlərin 92 faizi... - Baş pediatrdan şok açıqlama - VİDEO
00:05 7 Oktyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

"İndi doğulan uşaqların 20 faizi ana südü ilə, yerdə qalan 80 faizi süni qidalarla bəslənir".

Milli.Az atv.az-a istinadən bildirir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev deyib. O bildirib ki, əslində 100 anadan 98-nin övladını ana südü ilə bəsləməsi normal haldır:

"Məlum olmuşdur ki, ağır cinayət törədən məhkumların 92 faizi belə süni qida ilə bəslənələr olub. Uşaqların ana südü ilə qidalanması düz 2 il davam etməlidir. Valideyinlər buna riayət etməlidir. Birinci övladının xatirinə, ikinci də öz sağılamlığı üçün".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin  Elmi-Tədqiqat  Pediatriya İnstitutunda "Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti" mövzusunda  marifləndirici konfrans keçrilib. Konfransda ana südünün faydaları, süni qidaların zərələri barədə məlumat verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/476852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR