Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağ Ev: “Rusiyaya qarşı sanksiyalar nəticə vermir”

Ağ Ev: “Rusiyaya qarşı sanksiyalar nəticə vermir”

Date: 7 October 2016 00:09

Ukrayna ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar hələ ki istənilən nəticəni verməyib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest deyib.

 

“Sanksiyalar hələ ki nəticə verməyib. Biz Rusiyanın davranışında gözlədiyimiz dəyişikliyi görmürük. Lakin biz sanksiyaların Rusiya iqtisadiyyatına təsirini müşahidə edirik”, - deyə o bildirib.  

 

Qeyd edək ki, ABŞ və Aİ Ukraynadakı vəziyyətlə əlaqədar 2014-cü ilin iyulundan başlayaraq Rusiyaya qarşı kompleks sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya, öz növbəsində, sanksiyalara qoşulan dövlətlərdən ölkəyə malların idxalına qadağa qoyub.  


Tags:  Ev Rusiyaya qarşı sanksiyalar nəticə vermir


RƏYLƏR


Top news