Əsəd: “Mötədil müxalifət mifdir”

Əsəd: “Mötədil müxalifət mifdir”
01:09 7 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, rəhbərlik etdiyi ölkədə mötədil müxalifətin olması mifdir.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bəşər Əsəd Danimarkanın TV-2 telekanalına müsahibəsində deyib.  

 

“Siz  taybuynuz atın nə olduğunu bilirsiniz? Bu mifdir. Mötədil müxalifət də mifdir. Çünki, mövcud olanları olmayanlardan ayırmaq qeyri-mümkündür”, - deyə Əsəd müxbirin ABŞ-ın Suriya müxalifətini mötədil və radikalllara bölmək məsələsində üzləşdiyi çətinliklərlə bağlı sualına cavabında deyib.  .       

 

“Onların hamısının eyni üzvləri var - o üzvlər ki, dörd il əvvəl “Azad Suriya Ordusu”, sonra “Ən-Nüsrə”, daha sonra isə İŞİD üzvləri oldular”, - deyə prezident əlavə edib.    

 

“Beləliklə, eyni silahlılar bir qrupdan digərinə keçir, bu səbəbdən də, onları ayırmaq qeyri-mümkündür. Əslində, bunu heç etmək də istəmirlər”, - deyə Əsəd qeyd edib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR