Penaltilər, dirəkdən dönən toplar... TÜRKİYƏ - UKRAYNA 2:2

Penaltilər, dirəkdən dönən toplar... TÜRKİYƏ - UKRAYNA 2:2
01:39 7 Oktyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində ikinci turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, azərbaycanlı futbol azarkeşlərinin də maraqla gözlədiyi görüş Türkiyənin Konya şəhərində baş tutub.

 

Alman hakimlərin nəzarəti altında Türkiyə millisi Ukrayna yığmasını qəbul edib. Oyunun ilk 20 dəqiqəsi qarşılıqlı hücumlarla keçsə də, bütün cəhdlər nəticəsiz qalıb. 24-cü dəqiqədə türklərin qapısına penalti təyin edilib. Ukraynalı Yarmolenkonun zərbəsi zəif alınsa da, Volkan topu qolunun altından buraxıb.

 

Qoldan sonra Türkiyə futbolçuları hesabı bərabərləşdirmək üçün irəli atılsalar da, bu əks effekt verib. Ev sahibləri 5 dəqiqə sonra qapılarında ikinci qolu görüblər. Birinci qolun müəllifi Yarmolenko Kravetsi Volkanla təkbətək çıxarıb.

 

Bundan sonra türklər son dəqiqələrə qədər oyunda üstünlüyü əldən veriblər. Yalnız hissənin sonunda özünə gələn meydan sahibləri bir neçə dəfə təhlükəli hücumlar gerçəkləşdirməyə müvəffəq olublar və bu da öz bəhrəsini verib. Birinci hissəyə əlavə edilmiş ikinci dəqiqədə künc zərbəsindən Hakan Çalhanoğlunun asmasını Ozan Tufan başı ilə tora göndərərək hesab arasındakı fərqi minimuma endirib.

 

İkinci hissə də qarşılıqlı hücumlarla başlayıb. Türklər qol vəziyyəti yaratsalar da bundan yararlana bilməyiblər. 55-ci dəqiqədə isə ukraynalıların bəxti gətirməyib. Kravetsin zərbəsindən sonra qapı tiri ev sahiblərini xilas edib. 15 dəqiqə sonra isə türklərin sürətli əks-hücumundan sonra ... güclü zərbəsi qapı dirəyinə tuş gəlib. Görüşün 81-ci dəqiqəsində isə alman hakim Ukraynanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Hakan Çalhanoğlu fürsəti əldən verməyib.

 

Bundan sonra oyunun sonuna qədər ukraynalıları cərimə meydançalarına sıxışdıran Türkiyə millisi futbolçularının əlverişli nöqtələrdən yerinə yetirdikləri cərimə zərbələri nəticə verməyib – 2:2. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR