Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İş yoldaşına zamin durdu, "çörək pulu"ndan oldu VİDEO

İş yoldaşına zamin durdu, "çörək pulu"ndan oldu VİDEO

Date: 7 October 2016 02:18

Bərdədə məskunlaşan məcburi köçkün Nizaməddin Məmmədov bankdan kredit götürən müəllim həmkarına zamin durub. Həmin şəxs aylıq ödənişi gecikdirdiyindən Nizaməddin Məmmədovun "çörək pulu" kəsilib.

Cəmi 1 aydır banka borcunu ödəməyən əsas borclu məhkəməyə verilmədən, hər hansı qərar qəbul edilmədən onun və zaminin əməkhaqqı hesabından və çörək pulundan borc məbləği çıxılıb.

Hüquqşünas Anar Ramazanlı deyir ki, borcluya, eyni zamanda zaminə qarşı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdursa, bank kredit müqaviləsində nəzərdə tutulan məbləği nə borclu, nə də zaminin digər gəlirlərindən götürə bilməz. Bu o deməkdir ki, borclu və ya zaminin nə əmək haqqından, nə də digər gəlirlərindən, məsələn, pensiya, müavinət, "çörək pulu"ndan hər hansı məbləğlər tutulmamalıdır.

Üstəlik Nizaməddin Məmmədov deyir ki, müavinət hesabında qarşıdakı ayların ödənişinə də mənfi işarəsi qoyulub. Yəni zamin durduğu adamın əvəzinə hər ay onun çörək pulu kəsiləcək.


Tags:  yoldaşına zamin durdu çörək pulundan oldu VİDEO

RƏYLƏR


Top news