Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtaliyanı penalti xilas etdi - QOLLAR

İtaliyanı penalti xilas etdi - QOLLAR

Date: 7 October 2016 02:54

DÇ-2018-in seçmə mərhələsinin növbəti turunun ən maraqlı oyunu Turində keçirilib. APA TV-nin məlumatna görə, İtaliya yığması İspaniyanı qəbul edib.

 

Birinci hissə qonaqların üstünlüyü ilə yadda qalıb. Lakin Buffon bütün epizodlarda yerində olub. Bəzi epizodlarda isə ispanlar qeyri dəqiq oynayıblar. İlk 45 dəqiqə qolsuz sonuclanıb. İkinci hissənin 55 dəqiqəsində Buffon çıxışda kobud səhvə yol verib və meydan sahibləri hesabda geri düşüb. Vitolo fərqlənib.

 

İtalyanlar yalnız bu qoldan sonra ayılıblar. Hücuma atılan "Skuadra Adzurra" təhlükəli vəziyyətlər yarada biliblər. 69-cu dəqiqədə isə Vitolo oyunun taleyini həll etməyə yaxın olsa da bunu bacarmayıb. Görüşün 82-ci dəqiqəsində ispanlar cərimə meydançalarında kobudluğa yol verib və penalti ilə cəzalandırılıblar. Di Rossi hesabı bərabərləşdirib. İtaliya-İspaniya 1:1.


Tags:  İtaliyanı penalti xilas etdi QOLLAR


RƏYLƏR


Top news