Fərdi peşə sahibləri vergidən yayına bilməyəcəklər VİDEO

Fərdi peşə sahibləri vergidən yayına bilməyəcəklər VİDEO
03:13 7 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Fərdi peşə sahibləri vergidən yayına bilməyəcəklər. Belə şəxslər üçün nəzərdə tutulmuş patent vergisi ilə bağlı qanun layihəsi hazırlanıb.

Bu peşə sahibləri vergilərini öz istəklərinə uyğun aylıq, rüblük, yarımillik və ya illik olaraq ödəyə bilərlər. Bu vergi növü diferensial qaydada toplanacaq. Bu zaman hər bir peşə üçün nəzərdə tutulmuş standart məbləğlə yanaşı, qanunla müəyyən edilmiş əmsal da nəzərə alınacaq.

Bölgədə fəaliyyat göstərən fərdi peşə sahiblərinin gəlirləri aşağı olduğundan sabit məbləğə vurulacaq əmsal paytaxtla müqayisədə aşağı olacaq. Qanun layihəsində fərdi peşə sahiblərinin fəaliyyət xüsusiyyətləri nəzərə alınaraq, onlara tətbiq ediləcək patent vergisinin məbləği də fərqli olacaq.

Məsələn, fərdi usta üçün vergi 50 manat, bərbər üçün 40 manat nəzərdə tutula bilər. Güman edilir ki, bu zaman peşə sahiblərinin gəlirləri nəzərə alınacaq.

Patent vergisi ödənilməsi fərqli qaydada aparılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR