ABŞ nüvə bombalarını təkmilləşdirdi

ABŞ nüvə bombalarını təkmilləşdirdi
03:39 7 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ oktyabr ayı ərzində iki dəfə döyüş başlıqsız “B-61” təkmilləşdirilmiş idarə olunan nüvə bombalarını sınaqdan keçirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) açıqlamasında bildirilir.  

 

Sınaq çərçivəsində “B-2 Spirit” strateji bombardmançı təyyarələrindən “B61-7” və  “B61-11” sursatlarının buraxılışı həyata keçirilib. Bombaların üzərində quraşdırılan telemetrik cihazlar sınaqların uğurlu keçdiyini qeydə alıb.

 

Qeyd edək ki,  “В61” nüvə bombasının yeni modifikasiyası ABŞ ordusunun arsenalına 2020-ci ildən daxil ediləcək. Onun istehsalı ilə bağlı hazırlıq işlərinə bu ilin avqustunda start verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR