Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Metyu" qasırğası qurbanlarının sayı 260 nəfəri ötüb

"Metyu" qasırğası qurbanlarının sayı 260 nəfəri ötüb

Date: 7 October 2016 03:42

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Metyu" qasırğası zamanı ölənlərin sayı 261 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi xəbər yayıb.
Bundan əvvəlki məlumatda ölənlərin əksəriyyətinin Haiti sakinləri olduğu vurğulanırdı. Bildirilirdi ki, burda 130-dan çox adam təbii fəlakətin qurbanı olub.
"Metyu" 2007-ci ildən sonra Atlantik okeanında ən güclü təbii fəlakət sayılır. Qasırğa Kubanın şərq sahillərinə də böyük ziyan vurub. Lakin hələlik qurbanların sayı barədə məlumat verilmir.
Kubanın hakimiyyət orqanları təbii fəlakət zonasından 1 milyondan çox insanı təxliyə ediblər.
Qeyd edək ki, dünən ümumilikdə 140 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi.  

Tags:  Metyu qasırğası qurbanlarının sayı 260 nəfəri ötüb

RƏYLƏR


Top news