Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ hərbi aviasiyası "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən birini məhv edib

ABŞ hərbi aviasiyası "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən birini məhv edib

İŞİD "Cəbhət Fəth əş-Şam"ın qərargahında partlayış törədib: 7 ölü (06 Mart 2017 07:52)
"Əl-Qaidə" rəhbərlərindən biri Yəməndə məhv edilib (04 Mart 2017 08:52)
Daha bir təhlükəli terrorçu məhv edildi (02 Mart 2017 08:33)

Tarix: 7 Oktyabr 2016 04:32

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri və beynəlxalq antiterror koalisiyasının üzvləri "Cəbhət Fəth əş-Şam" (keçmiş Cəbhət ən-Nüsrə) terror qruplaşmasının rəhbərlərindən birini məhv edib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.
"Biz Misir vətəndaşı, "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən biri Əbu əl-Fərəc əl Məsrinin ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbələri nəticəsində zərərsizləşdirildiyini təsdiqləyə bilərik" – deyə o bildirib.
Kukun sözlərinə görə, terror qruplaşmasının rəhbərlərindən birinin məhvi "Cəbhət Fəth əş-Şam"a növbəti zərbələrdəndir.
Əl-Məsri "Əl Qaidə" terror təşkilatının Misirdəki rəhbərlərindən idi. O, daha sonralar Suriyaya gələrək, "Cəbhət Fəth əş-Şam"a dəstək vermək məqsədilə hərbi əməliyyatlara iştirak edib.
Terrorçu bundan sonra isə Əfqanıstanda döyüşüb.

Teqlər:  ABŞ hərbi aviasiyası Cəbhət Fəth əş-Şamın rəhbərlərindən birini məhv edib



RƏYLƏR


Top xəbərlər