Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qasırğa şəhəri yerlə yeksan etdi, 283 ölü

Qasırğa  şəhəri yerlə yeksan etdi, 283 ölü

Qasırğa 120 evin damını uçurdu (19 Mart 2017 16:18)
Qasırğa 120 evin damını uçurdu (19 Mart 2017 15:22)
Çində qasırğa - ÖLƏNLƏR VAR (01 Mart 2017 17:57)

Tarix: 7 Oktyabr 2016 05:34

Haitidə “Metyu” qasırğası 283 nəfərin ölümünə səbəb olub  

 

Bakı-APA.  Haitinin Cənub departamentində  “Metyu” qasırğası qurbanlarının sayı 283 nəfərə çatıb.    

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Radio Television Caraibes”-in məlumatında deyilir.

 

Məlumata görə, ən çox ölüm halları – 90 hadisə Şantal kommunasında qeydə alınıb, Lez Anqle kommunasında isə 85 nəfər təbii fəlakətin qurbanı olub. Qasırğa 35 minədək insanı evsiz qoyub. Axtarış-xilasetmə işləri davam etdirilir.  

 

Güclü qasırğa Jeremi şəhərini yerlə yeksan edib – yaşayış məntəqəsində tikililərin 80 faizi tamamilə uçub.   

 

“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir.

 

ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.  


Teqlər:  Qasırğa şəhəri yerlə yeksan etdi 283 ölü



RƏYLƏR


Top xəbərlər