"Barselona" "Atletiko"nun oyunçusuna maraq göstərir

"Barselona" "Atletiko"nun oyunçusuna maraq göstərir
08:05 7 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın məşqçilər korpusu "Atletiko Madrid"in müdafiəçisi Lukas Ernandesə maraq göstərir. Goal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalon klubunun idman direktoru Robert Fernandes "Valensiya" ilə oyunda (2:0) bu futbolçunun çıxışını izləyib. Ernandes hələ ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında baş tutan matçdan sonra "Barselona"nın diqqətini cəlb etmişdi. Katalonların öldürücü hücum xətti ilə mübarizədə özünü yaxşı tərəfdən göstərən müdafiəçi Luis Enrikedə müsbət fikirlər oyatmışdı.

Avqust ayında "Atletiko" Ernandeslə müqavilənin müddətini 2020-ci ilə qədər uzatdı. Onun buraxılış qiyməti isə 40 milyon avroya yüksəldildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR