Dağıstanın Babayurt rayonunda "Vaz" markalı minik avtomobili ilə "Lexus" markalı minik avtomobili toqquşub.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 1 nəfərin öldüyü və 8 nəfərin xəsarət aldığı bildirilir. Qəza Maxaçkala-Astraxan şossesinin 95-ci kilometrində baş verib.
Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.
Milli.Az