Haitidə "Metyu" qasırğasının qurbanlarının sayı artıb.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb.
Qasırğa Ceremi şəhərinin 80 faizini məhv edib.
"Metyu" qasırğasının Kuba sahillərinədə çatdığı bildirilir. Bununla əlaqədar Kubada 1 milyondan artıq insan təxliyyə edilib.
Milli.Az