Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya İstintaq Komitəsinin generalı samovarın qurbanı oldu

Rusiya İstintaq Komitəsinin generalı samovarın qurbanı oldu

Münasibətlər dondurulduqdan sonra Rusiya və NATO generalları ilk dəfə telefonda danışıqlar aparıblar (03 Mart 2017 14:57)

Tarix: 7 Oktyabr 2016 08:14

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İstintaq Komitəsinin Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisi general Mixail Maksimenkonu samovara quraşdırılmış dinləmə cihazının (“juçok”) köməyi ilə dinləyib.

 

APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, məhkəmənin sanksiyası əsasında xüsusi dinləmə cihazı quraşdırılmış və üzərində FTX-nın loqosu olan samovar Maksimenkoya FTX tərəfindən hədiyyə edilibmiş. Məhz həmin “dinləmə cihazı”nın qeydə aldığı danışıqlar generala qarşı cinayət işinin başlanması üçün əsas olub.   

 

Qeyd edək ki,  Mixail Maksimenko və Rusiya İstintaq Komitəsinin  bir neçə yüksək vəzifəli əməkdaşı kriminal avtoritet “Şakro Molodoy”dan böyük məbləğdə rüşvət almaqda ittiham olunurlar. 


Teqlər:  Rusiya İstintaq Komitəsinin generalı samovarın qurbanı oldu



RƏYLƏR


Top xəbərlər