Azarkeşlərlə yanaşı, stadion əməkdaşları da yoxlanılmalıdır

Azarkeşlərlə yanaşı, stadion əməkdaşları da yoxlanılmalıdır
08:17 7 Oktyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda Azərbaycan və Norveç milliləri qarşılaşacaq. Bu matça digər oyunlardan daha çox azarkeş toplaşacağını nəzərə alaraq, stadionda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili vacibdir. Trend minlərlə azarkeşin qatılacağı oyunda təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olacağı ilə maraqlanıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 8-də keçiriləcək oyun zamanı təhlükəsizlik tam təmin ediləcək: "Stadionda keçirilən istənilən tədbir zamanı təhlükəsizlik daim diqqət mərkəzində olub. Oktyabrın 8-də keçiriləcək oyun zamanı da təhlükəsizlik həm stadionda müqavilə əsasında xidmət aparan təhlükəsizlik xidməti, həm AFFA, həm də digər dövlət qurumları tərəfindən təşkil ediləcək. Stadiona buraxılış yalnız biletlərlə olacaq.Həmçinin AFFA tərəfindən stadionda xüsusi azarkeşlər zonası təşkil olunacaq. Bundan başqa, stadionda konsert və şou-proqram təşkil ediləcək".

Futbol qarşılaşmaları zamanı stadionda təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə münasibət bildirən "Qarabağ" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da Trend-ə bildirib ki, Azərbaycanda futbol yarışlarında stadionda təhlükəsizlik bir neçə qurum tərəfindən təmin edilir:

"Əsasən, futbol yarışlarında təhlükəsizlik dövlət səviyyəsində qorunur. Yəni oyunlarda stadion və azarkeşlərin təhlükəsizliyi Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həyata keçirilir. Oyunöncəsi stadion lazımi səviyyədə təftiş olunur və bu təftiş UEFA standartlarına uyğun aparılır. Beynəlxalq dərəcəli yarışlarda oyundan əvvəl təhlükəsizliyə cavabdeh olan polis əməkdaşları üçün müşavirə keçirilir. Təhlükəsizliyə tam təminat veriləndən sonra oyun başlayır".

N.İbrahimovun sözlərinə görə, istər Azərbaycan, istərsə də digər ölkələrdə keçirilən oyunlarda təhlükəsizlik tədbirləri oxşar şəkildə qurulur: "Bizdə də polislər azarkeşləri xüsusi qurğularla yoxlayır, şüşə qablar, dəmir alətlər, alışqanlar və digər təhlükəli maddələr stadiona buraxılmır".

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev də görülməli olan tədbirlər barədə danışıb. Bildirib ki, beynəlxalq yarışlarda stadionlarda təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Çünki yerli çempionatlardan fərqli olaraq, beynəlxalq yarışlara daha çox azarkeş qatılır:

"Həmin yarışlarda təhlükəsizliyin təmin edilməsi həm stadionun təhlükəsizlik xidmətinin əməkdaşları, həm də dövlət qurumları, polis, Daxili Qoşunların əməkdaşları tərəfindən həyata keçirilir. Stadionun girişində azarkeşlər xüsusi dedektorlarla yoxlanılmalıdır. Azarkeşlərin qadağan olunmuş avadanlıqlarla stadiona girişi məhdudlaşdırılır. Burada həm kişi polis-mühafizəçilər, həm də qadın mühafizəçilər xidmət aparmalıdırlar. Bundan başqa, stadiona təcili tibbi yardım briqadaları, FHN-in yanğından mühafizə xidməti cəlb edilməlidir. Bununla yanaşı, ərazidə təhlükəsizlik tədbirləri post-patrul xidməti və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarətə götürülməlidir. Mühafizə xidməti azarkeşləri yoxlayarkən içkili olmamalarına diqqət yetirməli, şüşə qab, kəsici və deşici alətlər, şarlar, böyük bayraqlar, dəyənəklər, fişəng və digər partlayıcı maddələr, səsgücləndirici qurğular, iri çantalar, ayaqlı idman qurğularının stadiona daxil edilməsinin qarşısını almalıdır. Çünki bu cür əşyalar stadionda təhlükəsizliyi təhdid altına atır".

Ekspert bildirir ki, azarkeşlər əvvəlcə təhlükəsizlik xidməti əməkdaşları tərəfindən bu barədə təlimatlandırılmalıdır: "Bu prosesdə təhlükəsizlik xidmətinin əməkdaşları təkcə azarkeşləri yoxlamaqla kifayətlənməli deyil. Onlar stadionun işçilərini də ciddi yoxladıqdan sonra stadiona buraxmalıdırlar. Təcrübə göstərir ki, bəzən stadionlarda baş verən partlayış və digər xoşagəlməz halların arxasında stadionun öz işçisi də durur. Ona görə də bu, çox önəmli məsələdir. Yəni təhlükəsizlik xidmətinin əməkdaşları stadionun əməkdaşlarını da yoxladıqdan sonra əraziyə buraxmalıdırlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-ın Minsk qrupunda yeni həmsədri bəlli oldu

24 Avqust 2017 05:14

NATO Donbasdakı atəşkəsi alqışladı

24 Avqust 2017 04:43

Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

24 Avqust 2017 04:22

Yevlaxda 2 otaqlı yanıb kül oldu

24 Avqust 2017 04:14

Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır

24 Avqust 2017 04:03

Gecə saatlarında Bakıda 4 piyadanı avtomobil vurub

24 Avqust 2017 03:52

"Qarabağ"ın uğuru Tvitter-in əsas gündəmi oldu - FOTO

24 Avqust 2017 03:24

"Qarabağ"ın qələbəsi Bakı küçələrində böyük sevinc hissi ilə qeyd olunub

24 Avqust 2017 03:12

Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

24 Avqust 2017 02:42

Bakıda "QARABAĞ" BAYRAMI - FOTOSESSİYA

24 Avqust 2017 02:33

Bakının mərkəzində qələbə bayramı - VİDEO

24 Avqust 2017 02:29

Tərtərdə 6 otaqlı ev yandı

24 Avqust 2017 02:04

Braziliyada gəmi batıb -

24 Avqust 2017 02:04

Qurban Qurbanov: İkinci hissədə daha soyuqqanlı oynadıq. Hər şey düşündüyümüz kimi alındı

24 Avqust 2017 02:03

"Kopenhagen"inin baş məşqçisi: "Rəqib 2 imkan qazandı və lazımi qaydada yararlanaraq qol vurdu"

24 Avqust 2017 02:02

Qurban Qurbanov: "İlk dəfə məğlubiyyətə sevinirdim"

24 Avqust 2017 01:47

“Oyunun sonlarında nəfəsimiz tutulmuşdu” - Tahir Gözəl

24 Avqust 2017 01:47

Tramp: “Terrorizmlə mübarizədə ciddi irəliləyişə nail olmuşuq”

24 Avqust 2017 01:43

Qurban Qurbanov: "Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı"

24 Avqust 2017 01:42

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24 Avqust 2017 00:37

"Tarixi məğlubiyyət"

24 Avqust 2017 00:35

Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24 Avqust 2017 00:22

Yaponiyada dəfn mərasimlərində rahibləri əvəz edəcək robot hazırlanıb

24 Avqust 2017 00:20

Rusiya səfiri ölü tapıldı

24 Avqust 2017 00:14

Rusiyanın Sudandakı səfiri ölü tapılıb

24 Avqust 2017 00:07

Sərnişin qatarı yük qatarı ilə toqquşdu - yaralılar var

23 Avqust 2017 23:59

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42