Bakı. 7 oktyabr. REPORT.AZ/ Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu, "Nikol" qasırğasıdır. Atlantik okeanda cümə axşamı yaranan təbii fəlakət "Metyu" qasırğasıyla paralel hərəkət edir.
ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzinin məlumatında bildirilir ki, hələlik "Nikol" saatda 128 kilometr küləyin sürətilə birinci kateqoriyanın gücünü yığıb. O, indi Bermud adalarından cənubdadır.
"Nikol" saatda 13 kilometr sürətlə şimal-qərbə hərəkət edir.