Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Metroda insanları qorxudan "yaşayan zombi" - FOTO

Metroda insanları qorxudan "yaşayan zombi" - FOTO

Date: 7 October 2016 08:32

Kanadalı 31 yaşlı Rik Genest bütün bədənini döymələrlə bəzəyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qəribə tatuları ilə aktyorluq və modellik edən Genest 15 yaşında beynində xərçəng olduğunu öyrənib.

Ölümlə üz-üzə gələn Genest əməliyyatla xəstəlikdən xilas olur. O andan etibarən həyat və ölüm arasındakı sərhədi itirdiyini deyən Genest dostlarının onu "yaşayan zombi" adlandırdığını bildirib.

Daha sonra döymə həvəskarına çevrilən gənc oğlan şoulara dəvət olunmağa başlayıb. 2011-ci ildə Ledi Qaqanın stilisti onu Parisdə dəfiləyə çıxmağa dəvət edir. Daha sonra isə L.Qaqanın "Born This Way" klipində çəkilən Rik Cey Zinin "Rocawear" markasının üzü olur və "Vogue" jurnalında fotosessiyası yayımlanır.

Ətrafdakı insanların tez-tez ona küçədə, metroda qorxu, kinayə və təəccüblə baxdığını deyən Genest halından razı olduğunu vurğulayıb.

Milli.Az









Tags:  Metroda insanları qorxudan yaşayan zombi FOTO

RƏYLƏR


Top news