AMB-nin sığorta xidmətləri toplusu üzrə keçirdiyi tenderin nəticələri açıqlanıb

AMB-nin sığorta xidmətləri toplusu üzrə keçirdiyi tenderin nəticələri açıqlanıb
08:52 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) birləşdirilmiş sığorta paketi proqramı üzrə elan etdiyi açıq tenderin nəticələri açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Tender Komissiyasına istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, AMB-nin əsas vəsaitlərinin sığortası üzrə "PAŞA Sığorta" ASC, "Nəqliyyat vasitələrinin sığortası üzrə "AXA Mbask Sığorta" ASC, nağd pulunun sığortası üzrə isə "Meqa Sığorta" ASC qalib elan ediliblər.
Artıq qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/amb-nin-sigorta-xidmetleri-toplusu-uzre-kecirdiyi-tenderin-neticeleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR