"Qarabağ"lı liderliyi kənardan izlədi

"Qarabağ"lı liderliyi kənardan izlədi
09:22 7 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə qarşılaşan Albaniya millisi 2:0 hesablı qələbəyə sevinib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli bu oyunda çıxış etməyib.

Müdafiəçinin adı iştirak ərizəsinə salınsa da, meydanda ona ehtiyac olmayıb.
 
Qeyd edək ki, bu qələbə ilə xalını 6-ya yüksəldən balkanlılar İspaniya və İtaliyanı qabaqlayaraq, qrupda birinci pilləyə yüksəliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR