Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobil qatara çırpıldı: 1 yaralı

Bakıda avtomobil qatara çırpıldı: 1 yaralı

Date: 7 October 2016 09:23

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “QAZ” markalı yük avtomobili dəmir yol keçidi ilə hərəkət edən yük qatarına çırpılması nəticəsində nəqliyyat hadisəsi baş verib.

Publika.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə qalmış meyitini çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:32-də başa çatıb.


Tags:  Bakıda avtomobil qatara çırpıldı yaralı

RƏYLƏR


Top news