Atlantik okeanında daha bir təhlükəli qasırğa olub

Atlantik okeanında daha bir təhlükəli qasırğa olub
09:27 7 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Atlantik okeanında daha bir təhlükəli qasırğa yaranıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Məlumata görə, bu, "Nikol" qasırğasıdır. Atlantik okeanda cümə axşamı yaranan təbii fəlakət "Metyu" qasırğasıyla paralel hərəkət edir.

ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzinin məlumatında bildirilir ki, hələlik "Nikol" saatda 128 kilometr küləyin sürətilə birinci kateqoriyanın gücünü yığıb. O, indi Bermud adalarından cənubdadır.
"Nikol" saatda 13 kilometr sürətlə şimal-qərbə hərəkət edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR