Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

07 OKTYABR

07 OKTYABR

Date: 7 October 2016 09:28

1952-ci il. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin anadan olub. Vladimir Putin 1998-1999-cu illərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, 1999-cu ildə Təhlükəsizlik Şurasının sədri vəzifələrində işləyib. 1999-2000-ci illərdə Rusiya Federasiyası Hökumətinin sədri, 2000-2008-ci illərdə Rusiya dövlətinin başçısı olub. 2008-2012-ci illərdə Rusiya Federasiyasının Baş naziri vəzifəsində işləyən Vladimir Putin 2012-ci il mayın 7-də yenidən Rusiya Federasiyasının Prezidenti seçilib.

7 oktyabr - Dünya təbəssüm günüdür. Amerikalı reklam meneceri Harvey Ball 1963-cü ildə məşhur “Smiley”, yəni gülümsəmə ikonasını hazırlayıb. Bu ikona bütün dünyada xoşbəxtlik və yaxşı niyyət simvoluna çevrilib. Elə bu səbəbdən də 1999-cu ildən oktyabrın ilk cüməsi Dünya təbəssüm günü kimi qeyd edilir.
1769-cu il. İngilis dəniz səyyahı Kapitan Kuk Yeni Zelandiya adalarını kəşf edib. Yerli sakinlər - maorilər iki böyük adadan ibarət olan Yeni Zelandiyanı “Aotearoa” adlandırırdılar ki, bu söz “Uzun ağ bulud torpağı” kimi tərcümə edilir.

1950-ci il. Tereza Ana Xeyriyyə Fondu yaradılıb. Hazırda bu qurumun 4500-dən çox əməkdaşı var. Fond dünyanın bir çox ölkələrində evsizlik, alkoqolizm, əlillik, QİÇS, və bir sıra epidemiyalarla mübarizə aparır, qaçqın və məcburi köçkünlərə yardım edir.

1806-cı il. Karbon kağızına Ralf Vecvud tərəfindən ilk patent alınıb. Görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulan stenoqrafiya yazı alətində istifadə edilən kağızın hər iki tərəfi istifadədən əvvəl mürəkkəblə isladılırdı.


Tags:  OKTYABR

RƏYLƏR


Top news