Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq
09:42 7 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az bildirir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aparılan abadlıq işləri ilə bağlı, qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin  qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcə də qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, oktyabrın 7-də saat  09:00-dan 18:00-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin, həmçinin Hökməli, Nübar, Atyalı, Quşçuluq adlanan ərazilərinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
 
Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR