Ruslar və ermənilər birgə təlimlərə başladılar

Ruslar və ermənilər birgə təlimlərə başladılar
09:52 7 Oktyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Ermənistan hərbçiləri "Alagöz" yüksək dağ poliqonunda döyüş atışları ilə müşayiət olunacaq birgə taktiki təlimlər keçirəcəklər.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. 
Məlumata əsasən, təlimlər Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat və Taktiki İdarəsinin nümayəndə heyəti iyulda Ermənistana səfər edib. Səfərin məqsədi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında müqavilənin imzalanmasına dair yekun müzakirənin və hazırlıq işinin aparılması olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR