XƏBƏRDARLIQ - "Azərbaycan Ermənistanı yer üzündən siləcək!.."

XƏBƏRDARLIQ - "Azərbaycan Ermənistanı yer üzündən siləcək!.."
09:57 7 Oktyabr 2016
750 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin gələn həftə Türkiyəyə səfər edəcək. Xəbər verildiyi kimi, İstanbulda 9-13 oktyabr tarixində keçiriləcək Beynəlxalq Energetika Konqresi çərçivəsində o, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu səfər və görüş Azərbaycan-Rusiya münasibətləri kontekstində də əhəmiyyətli hesab edilir. Məsələn, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Andrey Manoylo  Day.az-a açıqlamasında deyib ki, Ərdoğan-Putin görüşü Azərbaycanın Rusiya ilə bundan sonrakı əlaqələrinə də pozitiv təsir edəcək. Yada salaq ki, Türkiyə lideri bu ilin iyulunda Sankt-Peterburqa etdiyi səfər zamanı Ankara-Bakı-Moskva əməkdaşlıq formatını təklif eləmişdi.

Lakin hazırda Bakı və Moskva arasında üzə vurulmasa da, etiraf olunmasa da, Ermənistandakı "İsgəndər" raket komplekslərindən dolayı gizli-açıq bir sərinlik yaşanır. Hətta bəzi müşahidəçilərə görə, bu qalmaqaldan sonra rəsmi Bakı yenidən Qərbə sarı baxmağa başlayıb. Hər necə olmasa, "İsgəndər" kompleksləri ətrafında hay-küyün Dağlıq Qarabağ məsələsi ətrafında artıq yeni bir situasiya yaratdığı faktdır.

O da bəlli faktdır ki, bu komplekslər Ermənistan ərazisində hələ 2013-cü ildən yerləşdirilib və yəqin ki, Azərbaycan tərəfinin də bundan xəbəri olub. Raket kompleksləri yalınız bu il sentyabrın 24-də İrəvanda nümayiş etdirilib və rəsmi İrəvan da bundan ən əvvəl Bakıya "güc nümayişi", daxili təbliğat, bir də Qarabağ danışıqlarında vaxt uzatmaq üçün yararlanmağa çalışıb. Nəticə etibarilə onsuz da ağır gedən sülh prosesi indi tam olaraq dalana dirənib.

***

Belə vəziyyət isə, analitiklərə görə, əslində Ermənistanla yanaşı, Rusiyanın da cari maraqlarına cavab verir. Çünki aydın olur ki, Moskva aprel döyüşlərindən sonra da problemin həlli yönündə kardinal addımlar atmağa hazır deyil.       

Milli.Az musavat.com-a istinadən bildirir ki, rusiyalı tanınmış analitik və tarixçi-alim, Dağlıq Qarabağ məsələsində həmişə obyektiv mövqeyi ilə seçilən Oleq Kuznetsov hesab eləmir ki, "İsgəndər" qalmaqalından sonra Azərbaycan üzünü Qərbə tutmağa başlayıb. 

"Məndə belə bir hissiyyat yoxdur. Azərbaycanın xarici siyasəti həmişə çoxvektorlu, çoxqütblü olub və son hadisələr fonunda da prinsipial olaraq heç nə dəyişməyib. Qərb Azərbaycana "İsgəndər"lərlə bağlı heç bir kömək edə bilməz, çünki Rusiyanın bu silahına qarşı onun özündə də əks-təsir vasitəsi yoxdur. Buradan da sual doğur ki, kömək edə bilməyənə kömək üçün müraciət etməyə dəyərmi? Bakı da belə şeyləri yaxşı başa düşür, Qərbə bel bağlamır və Moskva ilə siyasi, diplomatik və hərbi xətlər üzrə məsləhətləşmələr aparır. Mən bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa pisləşmə baş verdiyinin əlamətlərini görmürəm. O sırada oktyabrın 7-də Azərbaycan prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzində Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş və iştirakçıların sayı etibarilə kifayət qədər sanballı Rusiya-Azərbaycan konfransı keçiriləcək. Arada soyuqluq yaşansaydı, ilk növbədə belə tədbirlər ləğv edilərdi", - deyə analitik rusdilli Vesti.az saytına müsahibəsində bildirib.

Ermənistandakı "İsgəndər" məsələsinə toxunan ekspert daha sonra deyib: "Fikrimcə, bununla bağlı Bakının Moskvaya qarşı hər hansı demarşı olmayacaq. Bu - Azərbaycanın marağında deyil. Ermənistan ordusunda "İsgəndər"in mövcudluğuna gəlincə, bu komplekslər regionda hərbi-siyasi situasiyanı əsla dəyişmir, hərbi-texniki qüvvələr balansına ciddi təsir etmir və Ermənistan silahlı qüvvələrinə hansısa strateji üstünlük qazandırmır. "İsgəndər"lə bağlı ən qorxulusu - bu raketlərin 2 hektarlıq sahədə hərbi obyekti məhv edə bilməsidir. Azərbaycanın hərbi infrastrukturunda isə aerodromlar istisna olmaqla, bu raketlər üçün layiqli hədəf yoxdur. Ən dəhşətli ziyan yalnız mülki obyektlərə vurula bilər - misal üçün, Gəncənin yaşayış kvartallarına. Ancaq belə zərbə bəşəriyyətə qarşı cinayət sayılardı. O halda Bakının Ermənistana qarşı total müharibəyə başlayıb, onu hətta dövlət olaraq Yer üzündən silməsi üçün əl-qolu açılardı", - deyə analitik işğalçı ölkəyə xəbərdarlıq edib.  

Bu mənada o, Ermənistandakı "İsgəndər"ləri Sərkisyan rejiminin əlində "təhlükəli oyuncaq" sayır: "Bu, bağça uşağının cibindəki kibritə bənzəyir və həmin kibrit daha çox onun öz evi üçün təhlükəlidir, nəinki qonşular üçün. "İsgəndər"lərin iştirakı ilə konflikt erməni ordusunu zərbələrə daha həssas edəcək. Üstəlik, bu raket komplekslərini qorumaq lazım olacaq ki, ona da erməni ordusunun əlavə qüvvə və vasitələri cəlb olunmalıdır... "İsgəndər" kompleksi sırf Ermənistanda ictimai rəyi sakitləşdirmək, aprel məğlubiyyətindən sonra orada baş qaldırmış antirusiya ovqatını bir qədər söndürmək məqsədi güdür. Rusiya ermənilərə böyük bir zınqırovlu oyuncaq bağışlayıb. Qoy onlar onunla oynasınlar".

***
Əlavə edək ki, İrəvanda "İsgəndər"lərin nümayişindən dərhal sonra Azərbaycan Silahlı Qüvvələrinin ali baş komandan İlham Əliyevin tapşırığı ilə Müdafiə Nazirliyində operativ müşavirə keçirilib. Müşavirədə Ermənistandakı bütün hərbi obyektlərin nəzarətə və hədəfə götürülməsi barədə konkret qərarlar qəbul edilib, müvafiq kəşfiyyat və hərbi strukturlara tapşırıqlar verilib. Təbii ki, söhbət həm də "İsgəndər" raket komplekslərinin yerləşdiyi obyektdən gedir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12

Gənc model erotik sessiyaya çəkildi - FOTO

22 İyul 2017 23:05

İsmayıllıda “Belarus” yanıb

22 İyul 2017 23:05

Xəzərdə batan xilas edilib

22 İyul 2017 23:05

İranda güclü yanğın -

22 İyul 2017 22:51

Taliblər 70 dinc sakini girov götürdü

22 İyul 2017 22:49

Diet saxlamaq istəyənlərə 10 detoks çayı

22 İyul 2017 22:47

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN

22 İyul 2017 22:42

Nahar vaxtı oxunan dualar haqqında

22 İyul 2017 22:42

Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi - FOTO

22 İyul 2017 22:38

Bodrum sahillərində daha iki zəlzələ olub

22 İyul 2017 22:37

Məşhur futbolçunun sabiq məşuqəsi: "O, məni yenidən sevir" - FOTO

22 İyul 2017 22:32

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib

22 İyul 2017 22:27

İnsan üzlü keçi dünyaya gəldi

22 İyul 2017 22:24