"Gülümsəyən quru kəllə": 2 milyon insan ölümdən qaçır - FOTO

"Gülümsəyən quru kəllə": 2 milyon insan ölümdən qaçır - FOTO
10:05 7 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Karib dənizində yaranmış "Mettyu" qasırğası sürətlə ABŞ-ın Florida ştatına yaxınlaşmaqdadır.  Bununla bağlı olaraq Florida ştatında fövqəladə vəziyyət elan olunub. Milyonlarla amerikalı təxliyə olunur.

Milli.Az CNN-ə istinadən bildirir ki, "Mettyu" qasırğasının qurbanlarının sayı sürətlə artır. Artıq 277 nəfər həlak olub. Onların əksəriyyəti Haiti sakinləridir.

Peykdən çəkilmiş görüntülərdə istehza ilə gülümsəyən quru kəlləyə bənzəyən "Mettyu" 2004-cü ildən bəri Atlantik okeanında yaranmış ən güclü qasırğadır.

Florida ştatının qubernatoru Rik Skott sakinləri mümkün qədər operativ şəkildə, sürətlə təxliyə olunmağa çağırıb. Onun dediyinə görə, "Mettyu" ölümcül təhlükə mənbəyidir: "Bu, çox ciddi məsələdir. Risk etməyin. Bir daha təkrar edirəm: təxliyə olunmalısınızsa - ləngiməyin! Bu qasırğa sizi öldürmək istəyir. Vaxt azdır".

Florida ştatının Atlantik okeanının sahillərindən artıq 2 milyon insan ev-eşiklərini tərk edib.

ABŞ-ın Milli qasırğaların Proqnozu Mərkəzindən verilən məlumata görə, "Mettyu" 5 metr yüksəklikdə dalğalar yarada bilər.

ABŞ prezidenti Barak Obama Cənubi Karolina, Şimali Karolina və Florida ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.

Bir çox şəhərlərdə benzin qıtlığı yaranıb. Yerli sakinlər marketlərdəki ərzaq və suyun hamısını alıb. Məktəblər, universitetlər və dövlət idarələri bağlanıb.

Mayami hava limanında uçuşların 92 faizi təxirə salınıb. Floridada son 10 il ərzində ilk dəfə olaraq "DisneyWorld" bağlanıb.

ABŞ-ın Milli Metereologiya Xidmətinin (National Weather Service) yaydığı açıqlamaya görə, 7 milyon insan işıqsız qala bilər. 2 milyon insana evlərini tərk etmək tapşırılıb.

Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli artıq 175 min insanın təxliyə olunduğunu deyib. Şimali Karolina ştatının qubernatoru Pet MakKrori isə 100 bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu söyləyib.

Milli.Az























































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR